Dərc edilib: 25-10-2016

https://www.nuh.az/8501-.html

İcra nümayəndəliyi qarət edildi - Oğuzda

25.10.2016 12:36:45

Hadisə

Oğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq olub.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov tutulublar.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib