Dərc edilib: 25-10-2016

https://www.nuh.az/8504-.html

Yeni istifadəyə verilən yol çökdü

25.10.2016 17:44:30

Hadisə

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Bu barədə salamnews.org saytı xəbər yayıb. Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.

İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib