Dərc edilib: 25-10-2016

https://www.nuh.az/8506-.html

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

25.10.2016 17:56:53

Günün sitatı

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib