Dərc edilib: 26-10-2016

https://www.nuh.az/8507-.html

Prezidentin köməkçisi Türkiyədə görüşlər keçirib

26.10.2016 11:14:07

Siyasət

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir sıra görüşlər keçirib.

Azərtac    xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərindəki inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

 

   NUH.az 

 

Prezidentin köməkçisi Türkiyədə görüşlər keçirib - Foto
Prezidentin köməkçisi Türkiyədə görüşlər keçirib - Foto

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib