Dərc edilib: 26-10-2016

https://www.nuh.az/8509-.html

Dövlət Komitəsi saytında yenilik etdi

26.10.2016 11:37:46

Günün sitatı
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik edilib.

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qurumun rəsmi internet səhifəsində əks etdirən “Vətəndaşların nəzərinə” adlı ayrıca keçid (link) yaradılıb.

Burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını bu linkdə görə bilərlər.

Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərin siyahısı da linkdə əksini tapıb. Bu mülkiyyət hüquqlarına Xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar və bu barədə verilmiş sənədlər aiddir.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib