Dərc edilib: 26-10-2016

https://www.nuh.az/8513-.html

SOCAR-da işə qəbulun əsas meyarı: qohumbazlıq, yoxsa bilik..?

26.10.2016 15:15:08

Cəmiyyət

 

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçmiş futbolçu Maşallah Əhmədovun SOCAR-da işə düzəltmək adı ilə tanışından 20 min dollar pul almasına münasibət bildirib:

 
“SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyar, bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir”.


Biz də NUH.az olaraq istəyərdik ki, ölkəmizin ən strateji obyekti olan SOCAR-da qohumbazlıq, tayfabazlıq deyil, bilik, bacarıq və səriştə əsas meyar olsun. Ancaq ölkə mətbuatında dəfələrlə  dərc olunan və SOCAR tərəfindən təkzib edilməyən məlumatlar bunun tam əksini deyir.

Buyurun  “SOCAR ailəs”nin kiçik bir hissəsi ilə tanış olun.

 

1. Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyev – Neft Emalı zavodunda  Qaz sektorunun müdiri,

 

2. Rövnəq Abdullayevin dayısı oğlu Bədəl Əliyev  -  SOCAR Informasiya  Texnologiyaları Departamentində rəis müavini,

 

3. Rövnəq Abdullayevin  digər dayısı oğlu  Nihad Əliyev - SOCAR-da satış direktoudur,

 

4. Rövnəq Abdullayevin digər  dayısı Azad  Əliyev -   Neft Emalı zavodunda Kislorod sektorunun müdiri,

5. Azad  Əliyevin  oğlu  Rəsul  SOCAR-da mühüm
vəzifə daşıyır,

 

6. Rövnəq Abdulalyevin  dayısının baldızının oğlanları  Suraxanı OYL Əməliyyat Şirkətinin və Balaxanıneftin rəhbərlərdir,

 

7. Rövnəq Abdullayevin dayısı nəvələri  Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”-un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir,

 

8. Rövnəq Abdullayevn qaynatası  və doğma əmisi Adəm müəllim  SOCAR-da Demontaj sektorunun rəisidir,

 

9. Rövnəq Abdullayevin sinif yoldaşı  Fuad müəllim - Neft Kəmərləri İdarəsinin rəis müvini,

 

10. Rövnəq  Abdullayevin  bacanağı Mehman müəllim SOCAR-ın Təchizat Departamentinin rəisidir.

 

Bu siyahını kifayət qədər uzatmaq da olar.

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli


NUH informasiya agentliyi səhifəsindən çap edilib