Dərc edilib: 28-10-2016

https://www.nuh.az/8529-.html

Putindən Fətullah Gülənlə bağlı - Açıqlama

28.10.2016 11:42:50

Maraqlı

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə mənə 15 iyul qiyamının FETÖ tərəfindən həyata keçirildiyini və təşkilatın rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını söylədi”.

 “Hurriyet”in   verdiyi məlumata görə, bu barədə “Valday” Beynəlxalq Müzakirə Klubunun Soçidə təşkil olunan toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putinona Fətullah Gülənlə bağlı ünvanlanmış suala cavabında bildirib.

“Hansı üsulla olursa-olsun, başqa bir ölkənin daxili siyasətinə müdaxilə qəbuledilməzdir. İstər kiber hücumlar, istərsə də ölkə daxilində olan hər hansı bir təşkilatın vasitəsilə dövləti dağıtmağa heç kimin ixtiyarı yoxdur”, - deyə Putin vurğulayıb.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib