Dərc edilib: 28-10-2016

https://www.nuh.az/8531-.html

Cahangir Hacıyevin "sağ əli" həbs olunur? — TƏFƏRRÜAT

28.10.2016 12:21:01

Günün sitatı

Hazırda həbsdə olan Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin daha bir yaxın adamı dəmir barmaqlıqlar arasına göndərilə bilər.

  Ölkə.Az-ın əldə etdiyi məlumata görə, iki gün öncə "İnter" Peşəkar İdman Klubunun rəhbəri postundan gedən Rəşad Qasımovun həbsi gözlənilir. "İnter"in prezidenti vəzifəsini müvəqqəti icra edən Rüfət Abdullayev mətbuata müsahibəsində Qasımovun gedişini biznes fəaliyyəti ilə əlaqələndirsə də, mənbə tam əksini iddia edir: "Qasımovun biznesi var ki? O uzun müddət Beynəlxalq Bankın baş mühasibi, Cahangir Hacıyevin sağ əli olub, bütün maliyyə məsələlərində onun imzası var. Əgər maliyyə fırıldaqlarına görə Hacıyevə 15 il iş verilibsə və bunun ardınca Qasımov "İnter"in prezidenti postundan uzaqlaşdırılırsa, deməli, artıq şərhə ehtiyac yoxdur". Xatırladaq ki, oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq bankın sabiq idarə heyətinin sədri Cahangir Hacıyevə hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

   NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib