Dərc edilib: 28-10-2016

https://www.nuh.az/8534-.html

“Oksigen” klinikası ilə bağlı cinayət işi açıldı — Adam öldürmə maddəsi ilə

28.10.2016 15:13:53

Cəmiyyət

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı cinayət işi açılıb.


Bakı şəhər prokurorluğundan Ölkə.Az saytına daxil olan xəbərə görə, bu haqda Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mətbuatda "Odlar Yurdu” Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevin "Oksigen” klinikasının sahibi olduğu qeyd edilir. Klinikaya onun kiçik oğlu Munir Vəliyev rəhbərlik edir. 

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib