Dərc edilib: 28-10-2016

https://www.nuh.az/8536-.html

“Quba tarixi” kitabının təqdimatı olub

28.10.2016 16:46:50

Maraqlı

Bu gün Qubada tarix üzrə elmlər doktoru, professor Şahin Fazilin “Quba tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində Quba rayon İcra Hakimiyyətinin müavini Rəxşəndə Bayramova çıxış edərək kitabın əhəmiyyətindən bəhs edib.

Kitabın müəllifi Şahin Fazil kitabın yazılmasından, onun qaynaqları və məzmunu haqqında ətraflı məlumat verib. Müəllif bildirib ki, əsərdə IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni proseslər zaman axarı ilə, xronoloji ardıcıllıqla izlənilib.

“Quba tarixi” kitabı “TEAS Press” Nəşriyyat Evi tərəfindən nəfis tərtibatda nəşr olunub. Təqdimat zamanı “TEAS Press” Nəşriyyat Evinin nəşr etdiyi kitabların satış sərgisi də təşkil edilib. Nəşriyyat Evi Quba rayonunun bəzi kənd və məktəb kitabxanalarına “Quba tarixi” kitabını hədiyyə edib.

 

 

  NUH.az 

 

“Quba tarixi” kitabının təqdimatı olub

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib