Dərc edilib: 29-10-2016

https://www.nuh.az/8549-.html

KXDR Yaponiya və ABŞ-ı nüvə silahı ilə hədələdi

29.10.2016 19:45:57

Dünya

Koreya xalq demokratik respublikası “kiçik bir təxribat baş verdiyi halda” ABŞ-a və onun Yaponiya da daxil olmaqla müttəfiqlərinə zərbə endirməyə qadirdir.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Qeyd edilir ki, Yaponiya “Koreya xalqının qatı düşməni olaraq qalacaq”.

“KXDR hücum nüvə vasitələri düşmənlər tərəfindən xalq respublikasının suverenliyinə və hüquqlarına qarşı kiçik təxribat baş verdiyi halda onlara zərbə endirməyə hazırdır”, - məlumatda deyilir.

Bundan başqa, KMTA-nın məlumatında raket və nüvə sınaqları üçün Pxenyana təzyiqin artırılmasının tərəfdarı olan Yaponiyanın xarici işlər naziri Fumio Kisida tənqid edilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib