Dərc edilib: 31-10-2016

https://www.nuh.az/8552-.html

Daha bir ölkədə “ərəb baharı” - Video

31.10.2016 10:08:02

Dünya

Mərakeşdə hakimiyyət əleyhinə kütləvi aksiyalar başladı.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Rabat, şəhərləri Kasablanka və Əl-Hoseymada kütləvi aksiyalar davam edir.

Aksiyalara səbəb polisin davranışı olub. Belə ki, polis Əl-Hoseyma şəhərində Muhsin Fikri adlı balıqsatanın satdığı balığı zibil maşınına atıb. Muhsin Fikri isə balığı götürmək üçün maşının içinə daxıl olarkən zibilsıxan kompressorları arasında qalaraq həlak olub.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib