Dərc edilib: 31-10-2016

https://www.nuh.az/8553-.html

Avropa Türkiyədən izahat tələb etdi

31.10.2016 10:11:37

Region

Türkiyədə ölüm hökmü cəzasının yenidən gündəmə gəlməsi Avropa Şurasında narahatlıq yaradıb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə AŞ-nın mətbuat katibi Daniel Xoltqen öz tvitter hesabında yazıb. O, “Ölüm cəzasının tətbiqi ilə Avropa Şurasına üzvlük bir araya sığışmaz. Biz baş verənlərdən narahatıq və izahat tələb edirik “,- deyib.

Məsələyə Avstriyanın XİN başçısı Sebastyan Kurç da münasibət bildirib. Onun fikrincə, belə planlar Avropa Birliyinin qapısını Türkiyənin üzünə bağlayacaq. Kurç “Ölüm hökmü - bu amansız və qeyri-insani cəza bütün dünyada Avropa dəyərləri ilə ziddiyyət təşkil edir və ləğv edilməlidir”,-deyə bildirib.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib