Dərc edilib: 31-10-2016

https://www.nuh.az/8559-.html

Əflatun Amaşov İrana gedir

31.10.2016 13:54:38

Cəmiyyət

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov İrana səfərə gedəcək.
Bu barədə Hurriyyet.org-a Ə.Amaşov özü məlumat verib.
Ə.Amaşov səfər zamanı noyabrın 5-də Tehranda keçiriləcək İran İslam Respublikasının mətbuat və xəbər agentliyinin 22-ci sərgisində iştirak edəcək:“Səfər çərçivəsində İranın bir sıra şəxsləri ilə də görüşlərim gözlənilir. Görüşlərdə İran-Azərbaycan mediasının qarşılıqlı münasibətlərinin indiki vəziyyəti və bu əlaqələrin daha da möhkəmləndirilməsi yolları müzakirə olunacaq”.

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib