Dərc edilib: 01-11-2016

https://www.nuh.az/8562-.html

Azərbaycanda yenilik - Laboratoriyalar yaradılır

01.11.2016 16:10:06

İqtisadiyyat

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 12 regionunda aqrokimyəvi laboratoriyalar yaradacaq. 

 

Bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib: "Artıq tender keçirilib və qalibi də müəyyən olunub. Təxminən bu ilin sonu-gələn ilin əvvəlinə 12 regionda aqrokimyəvi laboratoriyaların qurulması üzrə işlərə start veriləcək ki, bundan sonra treninqlər başlanacaq. Bu, genişmiqyaslı prosesdir".

Nazir əlavə edib ki, həmçinin veterinar, eləcə də fitosanitar laboratoriyalar yaradılacaq.(trend)

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib