Dərc edilib: 02-11-2016

https://www.nuh.az/8570-.html

Bakıdakı dövlət binasında lift qırıdı: 8 yaralı - SİYAHI

02.11.2016 13:12:45

Hadisə

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) inzibati binasında lift qırılıb.
 
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.30 radələrində qeydə alınıb.
 
Yeddi mərtəbəli binanın 3-cü mərtəbəsində lift qırılaraq şaxtaya düşüb. Nəticədə liftə olan şəxslər
– 1965-ci il təvəllüdlü Aydın Məmmədov,
1979-cu il təvəllüdlü Faiq Heydərov,
1977-ci il təvəllüdlü Samir Poladov,
1955-ci il təvəllüdlü Seyidəli Cəlalov,
1976-cı il təvəllüdlü Ceyhun Quliyev, 1
980-cı il təvəllüdlü Emil Raviloğlu,
1983-cü il təvəllüdlü Samirə Xəlilova və 1
981-ci il təvəllüdlü Günel Qasımova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
 
Onların xəsarəti yüngül olub. 
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib