Dərc edilib: 03-11-2016

https://www.nuh.az/8574-.html

"Gülağa Tənhadan aliment tələb etməmişəm" - Məşhur şahmatçımız

03.11.2016 10:39:45

Maraqlı

"Gülağa Tənhadan heç bir aliment tələb etməmişəm".
Bu sözləri tanınmış qadın şahmatçı Zeynəb Məmmədyarova femida.az-a müsahibəsində deyib.
O, məşhur biznesmen Gülağa Qəmbərovla tanışlığından da bəhs edib: "Gülağa Qəmbərov xeyriyyəçi idi. O, şahmatla bağlı xeyriyyə işi görmək istəyirdi. Müsahibələrinin birində demişdi ki, o, Məmmədyarovlar ailəsinə yardım etmək istəyir. Beləcə tanış olduq. Bir il altı aydan sonra ayrıldıq. Çox şükürlər olsun ki, bizim ailə şahmat dünyasında öz sözünü demiş və hörmət qazanmış bir ailədir. Bizim ailənin gəliri demək olar ki, şahmatla bağlıdır. Ancaq mütləq qeyd etməliyəm ki, ölkəmizdə idmana və idmançılara göstərilən yüksək qayğı nəticəsində möhtərəm prezidentimiz İlham Əliyev bizi dəfələrlə qəbul edib və maddi, mənəvi dəstək olub. Maddi vəziyyətimiz qaneedicidir və mən Gülağa Tənhadan heç bir aliment tələb etməmişəm".
Şahmatçı məşhur biznesmendən bir övladı olduğunu da qeyd edib: "Üç övladım var. Böyük övladım Eltonun 10 yaşı var. Birinci həyat yoldaşım Gülağa Qəmbərovun (Tənha) oğludur. Digər oğlum Yusif və qızım Nursina isə 2-ci evliliyimdəndir". "Qafqazinfo" xəbər verir ki, Zeynəb Məmmədyarova məşhur şair və iş adamından illər əvvəl boşandığını açıqlasa da, mediada bu barədə məlumat ilk dəfədir ki, yayımlanır. Hətta qrossmeysterin özündən 24 yaş böyük Gülağa Tənhaya ərə getməsi uzun müddət müzakirə mövzusuna çevrilmişdi.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib