Dərc edilib: 03-11-2016

https://www.nuh.az/8575-.html

Abdullah Öcalan edam ediləcək?

03.11.2016 10:45:17

Region

Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş ölkədə tətbiq olunacaq edam cəzası ilə bağlı fikirlərini bölüşüb. Axar.az xəbər verir ki, Ankara rəsmisi edam cəzasının keçmişdə törədilən cinayətlərə şamil ediləcəyini istisna etməyib:
 
“Bunlar hüquqi məsələlərdir. Xalqın tələbi burada mühüm rol oynayır. Bu son dərəcə önəmli və çətin prosesdir. Yenə də əsas mahiyyət xalqın tələbinə bağlıdır. Edam cəzasının tətbiqi parlamentdə müzakirə olunacaq. Əgər parlamentdə bunun önünü aça bilən mühit yaransa, lazım olanı edəcəyik”.
 
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 1999-cu ildə həbs olunaraq azadlıqdan ömürlük məhrum edilib.
  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib