Dərc edilib: 04-11-2016

https://www.nuh.az/8580-.html

Türkiyədə növbəti terror: çox sayda yaralı var - FOTOLAR

04.11.2016 10:51:08

Region

Türkiyədə növbəti terror aktı törədilib.
 Qaynarinfo.Az xəbər verir ki, hadisə Diyarbəkirdəki Terrorla Mübarizə və Çevik Polis Alayının binasının qarşısında - həbsxanadan 200 metr aralıda baş verib.
Terrorçuların binaya bombalı hücumundan sonra atışma başlayıb. Əraziya çox sayda ambulans göndərilib. İlkin məlumatlara görə, 30-dan artıq yaralı var. Ölənlərin olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, ötən axşam Türkiyədə HDP sədri Səlahəddin Demirtaş da daxil olmaqla 11 deputat terrora dəstək ittihamı ilə həbs olunub.
  NUH.az 

 

 

 

Türkiyədə növbəti terror: çox sayda yaralı var -

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib