Dərc edilib: 04-11-2016

https://www.nuh.az/8587-.html

Afinada məscidin tikintisinə etiraz edənlər saxlanılıb

04.11.2016 20:22:57

Dünya

Yunanıstan polisi bu gün Afinada məscidin tikilməsinə etiraz aksiyasında iştirak edənlərdən 15 nəfəri saxlayıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Assoşieyted Press” agentliyi məlumat yayıb.

Məscidin tikiləcəyi yerdə etriaz aksiyaları hələ iki həftə öncə başlayıb və bu günün səhərinə qədər davam edirdi. Bu gün aksiyanın keçirildiyi yerdə iştirakçıları həbs etmək üçün çevik reaksiya dəstəsi gəlib. 

Agentliyin məlumatına görə, saxlanılan şəxslər prokurorun ofisinə gətiriləcəklər, onlar ictimai asayişi pozmaqda ittiham edilə bilərlər. 

Cari ilin avqustunda Yunanıstan Afinada məscidin tikilməsini təsdiqləyib. Layihənin dəyəri 950 min avrodur. Ultra sağ yunan partiyası “Qızıl üfüq” parlamentin qərarına qarşı çıxaraq etiraz aksiyalarının keçirilməsini dəstəkləyib.(oxu.az)

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib