Dərc edilib: 08-11-2016

https://www.nuh.az/8608-.html

Poroşenko Saakaşvilinin istefasını şərh etdi

08.11.2016 18:45:06

Dünya

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefa qərarını şərh edib.


Prezident istefa və müxalifətə keçid haqqında Saakaşvilinin qərarının demokratik dövlətdə reallaşdırıla biləcəyini deyib.

“Biz demokratik dövlətik və o, müxalifət cəbhəsində siyasi kampaniyaya başlamağa qərar verib. Ümid edirəm ki, əgər Saakaşvili siyasi fəaliyyətlə məşğul olmağa qərar veribsə, sabah hökumət onun istefa haqqında qərarını dəstəkləyəcək”, – deyə Poroşenko Sloveniya prezidenti Borut Pahor ilə danışıqlardan sonra deyib.

Xatırladaq ki, Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dünən istefasını elan edib. Saakaşvilinin izahı bu şəkildə oldu ki, prezident Pyotr Poroşenko və hökumət ona korrupsiya ilə mübarizə aparmağa mane olur, Odessanı “Ukraynanın düşmənlərinə verir”.

O, mübarzənin yeni mərhələsinin başlandığını bildirib. //publika.az

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib