Dərc edilib: 11-11-2016

https://www.nuh.az/8633-.html

Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı

11.11.2016 17:20:01

Müsahibə

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə E.Qafarov özü məlumat verib. E.Qafarov deyib ki, o Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. Bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib.

E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib.

Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib