Dərc edilib: 12-11-2016

https://www.nuh.az/8639-.html

İlham Əliyev cəbhədən düşmən mövqelərini izlədi

12.11.2016 13:00:45

Siyasət

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Qaynarinfo.Az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov İlham Əliyevə raport verib. Ali Baş Komandan komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Sonra İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib. 

 

 

  NUH.az

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib