Dərc edilib: 12-11-2016

https://www.nuh.az/8646-.html

Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edəcək

12.11.2016 17:25:05

Cəmiyyət

Daxili işlər naziri Ramil Usubov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 26-da saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsinin binasında keçiriləcək qəbulda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib