Dərc edilib: 14-11-2016

https://www.nuh.az/8660-.html

Nəsimidə müşavirə keçirilib - Fotolar

14.11.2016 18:54:04

Cəmiyyət

Nəsimi rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. 


NUH.az-a  daxil olan məlumata görə, müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər Allahverdiyev Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışıb. Çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat veriblər. Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.

 

Nəsimidə müşavirə keçirilib - Fotolar

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib