Dərc edilib: 15-11-2016

https://www.nuh.az/8661-.html

Nazir həbs edildi

15.11.2016 15:05:40

Region

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.


 İnnterfax   xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. İnformasiyaya əsasən, o, “Başneft”in dövlət səhmlərinin “Rosneft”ə satılması ilə bağlı sövdələşmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət alıb. Məlumata görə, nazir hazırda həbsdədir və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib