Dərc edilib: 15-11-2016

https://www.nuh.az/8670-.html

Sabahdan məktəblilərin payız tətili başlayır

15.11.2016 18:03:59

Maraqlı

Sabahdan, noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.


“Report”un məlumatına görə, 5 günlük tətil noyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib