Dərc edilib: 16-11-2016

https://www.nuh.az/8679-.html

Rektorun 40 min manatlıq rüşvət qalmaqalı və haker şəbəkəsi...

16.11.2016 11:41:41

Hadisə

Bir müddət öncə Bakı Dövlət Universitetinin rektoru, sabiq millət vəkili Abel Məhərrəmovla bağlı sensasion məlumat yayıldı. 

Mediatv.az:  Anaxeber.az xəbər verir ki, azerbaycansaati.tv-nin yaydığı məlumatda rektorun Azərbaycan əsgərindən 40 min  manat rüşvət aldığı iddia olunurdu. Məlumatla bağlı bəzi təfərrüatlara varmadan, onları izah etmədən öncə yayılan informasiyaya diqqət edək;

Məlumatda bildirilirdi ki, 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedib. Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Bunu necə etdiyi də möcüzəli deyil. Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, dövlət imtahanında iştirak edərək "imtahan” verib geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.

Məlumatda həmçinin bildirilirdi ki, Abel Məhərrəmov bu qanunsuz əməliyyatı həyata keçirmək üçün tələbənin valideyinindən əvvəlcədən 40 min manat alıb. Bu məlum tələbə isə Şəmkirin prokuroru Novruzov Allahverdinin oğludur.

Bildiyimiz kimi, Azərbaycanda "Təhsil haqqında" Qanuna görə heç bir tələbə əsgərlikdə ola-ola məzuniyyətə gəlib oxuduğu Universitetdə dövlət İmtahanı verib yenidən hərbi xidmət yerinə qayıda bilməz. Bu, birmənalı olaraq belədir. Amma prokuror oğlunda bu "istisna" diqqətdən yayınmayıb. Görünən odur ki, Abel Məhərrəmov da məhz prokuror və məmur övladları üçün qanundan kənar "istisna" qaydalar müəyyənləşdirib. 

Yayılan məlumatda deyilir ki, prokuror öz oğlu üçün bu lüksü əvvəlcə öz əlaqələri hesabına təmin etmək istəyir və xərc çəkmək istəmir. Buna görə də, o, oğlunun problemini həll etdirmək üçün vəzifə sahibi dosdlarından xahis edir. Abel Məhərrəmov bu şəxslərə "baş üstə” desə də, bu xahişi pulsuz olduğuna görə yerə salmağa məcbur olur. Xahişin yerə salındığını, daha doğrusu, Abel Məhərrəmovun onu qəsdən yerə atdığını görən Şəmkir prokuroru Bakıya təşrif buyurur, Abel Məhərrəmova 40 min verib geriyə qayıdır. 

Xatırladaq ki, Novruzov Allahverdi 2008- ci il sentyabr ayının 28-də (söz vaxtına çəkər), düz 8 il əvvəl Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mediada yayılan və təkzib olunmayan məlumatda bildirilir ki, BDU rektoru Abel Məhərrəmov isə bu "əməliyyat"a görə heç bir məsuliyyət daşımır: "Çünki o, bir neçə məqamda az qala "haqlı" çıxır: 

1) Abel Məhərrəmov zəhmətsiz əldə edilmiş korrupsiya pullarını müsadirə etmiş sayılır. İndi Azərbaycanda bu presedent var. Həmin presedentlər praktikasına görə korrupsiya yolu ilə müsadirə edilmiş pulların dövlətə təhvil verilməməsi cinayət sayılmır. Məsələn, Cahangir Hacıyevin (Beynəlxalq Bankın sabiq prezidenti), Akif Çovdarovun (Milli Təhlükəsizlik naziriliyinin keçmiş generalı), Eldar Mahmudovun (keçmiş Milli Təhlükəsizlik naziri) və başqalarının əmlakının müsadirə edilməsi zamanı bu praktikadan istifadə edilib.

2) Abel Məhərrəmov "xeyirxah" iş görüb. Kəsiri olan bir gənci bu akademik yükdən xilas edərək onun mənəvi-psixoloji gərginliyinə son qoyub.

3) Vətənpərvərlik nümunəsi yaradıb. 6 kəsirlə hərbi xidmətəgedən Orxan Novruzovun Vətənə tam diqqətlə xidmət etməsi üçün şərait yaradıb".

Anaxeber.az-ın araşdırmalarına görə, məlumatla bağlı maraqlı məqam ondan ibarədir ki, bu yazı təkzib olunmayıb. Nə rektor, nə də prokuror 40 minlik rüşvət qalmaqalı ilə bağlı heç bir açıqlama verməyıblər. Məlumat isə bir neçə media orqanından yığışdırılıb. Həmin saytların rəhbərləri isə bildiriblər ki, saytlar ciddi haker hücumuna məruz qalıblar. 

Onların sözlərin görə, güclü haker hücumu nəticəsində digər məlumatlar kimi bu məlumat da silinib və bərpa etmək mümkün olmayıb. 

Burada daha bir incə məqam ondan ibarətdir ki, Abel Məhərrəmov təkcə rüşvət almaqla kifaytlənmir, onun əlində barəsində yayılan məlumatları sildirmək üçün haker şəbəkəsi də mövcuddur. Belə ki, rektor həmin hakerlər vasitəsi ilə özünümüdafiəni asanlıqla təşkil edə bilir. Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik, amma ortadakı iddialar rektorun bu məsələdə heç kəsdən çəkinmədiyini və "arxayın" olduğunu göstərir. 

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə Universitetə və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığımız sorğuların nəticəsini təqdim edəcəyik. /Anaxeber.az/

 

 NUH.az

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib