Dərc edilib: 16-11-2016

https://www.nuh.az/8685-.html

Nəsimidə “Beynəlxalq Tolerantlıq Günü” qeyd olundu

16.11.2016 18:38:12

Cəmiyyət

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib.


NUH.az-a  daxil olan məlumata görə, çıxış edən icra başçısı Asif Əsgərov bildirib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması prezident İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev bildirib ki, bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. 

Tolerantlıq gününə həsr edilmiş tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları konsert proqramı ilə davam edib.

 

Nəsimidə “Beynəlxalq Tolerantlıq Günü” qeyd olundu
Nəsimidə “Beynəlxalq Tolerantlıq Günü” qeyd olundu

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib