Dərc edilib: 17-11-2016

https://www.nuh.az/8695-.html

ABŞ-da prezidentin birbaşa seçilməsi təklif olunur

17.11.2016 14:35:29

Dünya

Kaliforniya ştatının senatoru Barbara Bokser ABŞ Senatına Seçicilər Kollegiyasının ləğvi və prezidentin birbaşa seçilməsinə keçid haqqında qanun layihəsi təqdim edib.

 

Bu barədə Trend  “Fox News” telekanalına istinadən məlumat verir.

Təşəbbüs müəllifinin sözlərinə görə, hazırkı sistem köhnəlib və qeyri-demokratikdir.

B.Bokser əlavə edib: “Biz dünyada yeganə ölkəyik ki, prezident seçkilərində çoxsaylı səs qazanaraq məğlub olmaq mümkündür”.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib