Dərc edilib: 18-11-2016

https://www.nuh.az/8719-.html

Nazir Qeydiyyat və Miqrasiya İdarəsinin rəisini işdən azad etdi

18.11.2016 17:39:25

Cəmiyyət

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.


NUH.az  xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, polis polkovniki Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib