Dərc edilib: 21-11-2016

https://www.nuh.az/8729-.html

Ad günün mübarək, gözəl insan !

21.11.2016 12:35:48

Cəmiyyət

 

Şəbəndəyev Qəzənfər  Zeynalabdin oğlu 20 noyabr 1959-cu ildə  Əqrəb bürcü  altında doğulub. Bu bürcdə doğulanlar yumşaq, həlim, ipək xasiyyətdə və əliaçıq-səxavətli olurlar.

İxtisasca baytar həkim olan Qəzənfər həqiqətən də nəcib və xeyirxah insan, gözəl dostdur. Söz düşəndə zarafatla deyir ki, həkimlər insanların sağlamlığı keşiyində durur, biz  baytar həkimlər isə bəşəriyyətin sağlamlığını qoruyuruq.

Qəzənfər həkim həm də qayğıkeş və mehriban ailə başçısıdır. O, üç oğluna yüksək təhsil və ən əsası nümunəvi tərbiyə verib.

Müdrikliyin astanasında olan həkim dostumuz həm də babadır. Dəcəl, şıltaq Nəzrin adlı nəvəsi var.

Ad günü münasibətilə Qəzənfər həkimi təbrik edir, ona cansağlığı, mənalı ömür, bol ruzi arzulayıram. Və həkim dostuma ithaf  etdiyim şeiri  ad günü münasibəti ilə ona ərməğan edirəm.

 

 

 

 

 

 

 

 

 

           Ürək  dostu...

 

Bizə babalardan qalıbdı miras,

Ömrün bəzəyidir inam, etibar.

Çağlayan ümiddir, arxadır həm dost,

Bəhrəli ağacadır, bar gətirər, bar.

 

Qardaş da dost olsa yaxşıdır əlbətt,

Dost  dostun sirrini verməz qardaşa.

Hər daşdan yaranmaz gövhər də əsla,

Gövhər də deməzlər hər yetən daşa.

 

Taleyin çox olur qəsdi-qərəzi,

Dostluq ürəkdənsə yozula bilməz.

Pozular bəlkə də mizan-tərəzi,

Mərdlərin dostluğu pozula bilməz.

 

Dar gündə sınanan əsl dostluğun

Silinməz naxışı, silinməz izi.

Dünyada əvəzi varsa hər şeyin

Ürək dosluğunun yoxdur əvəzi.

 

Həsən Orucoğlu

 

Şair-publisist, Qarabağ müharibəsi veteranı

NUH informasiya agentliyi səhifəsindən çap edilib