Dərc edilib: 22-11-2016

https://www.nuh.az/8739-.html

“Ömrümüz boyu 6-7 kilo qızıl yığmışdıq” - Ziya Məmmədovun keçmiş müşaviri

22.11.2016 13:18:19

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib, R.Əhmədov özünü təqsirli bilmədiyini deyib.

Çingiz Baxşıyev ifadə verərək R.Əhmədovla uzaq qohum olduğunu deyib: "Mənim yanımda müfəttiş vəzifəsində işləyib. Qohum olduğumuz üçün hər şeyi etibar edirdim. 2015-ci ildə arvadımla xaricə müalicəyə gedəndə qızıllarımızı bankaya yığıb Rövşənə verdik. Dedik gələndən sonra götürəcəyik, o da razılaşdı. Ömrümüz boyu yığdığımız 6-7 kiloqram qızıl idi. Sonradan Rövşən məni öldürmək istədi, bulvarda gəzəndə su verdi, içdim. Səhər halım pisləşdi, xəsətəxanaya apardılar məni, mədəm qan içindəydi. Burda müalicə olunmadı, Avstriyaya getdim, orda da bir şey tapılmadı. Ora gedəndə Rövşənə dedim qızılları qızım Fatmaya ver, o da vermişdi. Amma Fatma mənə dedi ki, qızılların üstündən götürülüb, 300-400 qram qalıb. Rövşənə zəng edib dedim, qışqıraraq məndə qızıl yoxdur deyib telefonu söndürdü. Mən də şikayət etdim, müstəntiqə demişdi ki, məni buraxın, qızılları verim".

Məhkəmə prosesi dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmayıb.

Qeyd edək ki, Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib