Dərc edilib: 23-11-2016

https://www.nuh.az/8746-.html

“Facebook” saxta profilləri bağlayacaq

23.11.2016 10:58:18

Maraqlı

Facebook” sosial şəbəkəsi növbəti yeniliklərə hazırlaşır.


“Sputnik”   xəbər verir ki, bu barədə şirkətin qurucusu Mark Zukerberq məlumat yayıb.

Zukerberqin sözlərinə görə, tezliklə “Facebook”da saxta hesab açmaq mümkün olmayacaq. Bu günədək saxta profil açanların səhifələri də bağlanacaq. O, hazırda bunun üçün ciddi işlərin getdiyini bildirib.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib