Dərc edilib: 28-11-2016

https://www.nuh.az/8784-.html

Türkiyədə erməni terrorçular üçün qoyulan abidə üzə çıxdı

28.11.2016 13:59:26

Region

Tanınmış araşdırmaçı jurnalisti, yazıçı Saygı Öztürk yazılarının birində Türkiyədə ermənilərə qoyulan abidədən bəhs edib.


Qafqazinfo” xəbər verir ki, yazar Türkiyənin Tunceli vilayətinin Aşağıdoluca kəndində abidənin açılış mərasiminin keçirildiyini yazıb. O, qeyd edib ki, Türkiyədə nəzarətdən bir qədər kənarda qalan bölgəsində ucaldılan abidənin bu il aprel ayında keçirilən açılışına Yunanıstan və Fransadakı erməni diasporunun nümayəndələrin qatılıb.

Abidə haqda bəhs edən yazar abidənin üzərində “Armenak Bakırcıyanı və Hrantı anırıq”,- sözlərinin yer aldığını qeyd edib.

Saygı Öztürk yazısında Qarabağda öldürülən erməni terrorçu Monte Melkonyanın adını xüsusi vurğulayıb. Onun sözlərinə görə, abidənin üzərində ASALA və PKK-lı terrorçulardan olan Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, Qarabağda öldürülən Monte Melkonyan və Antranik Uzunyanın da adları yazılıb.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib