Dərc edilib: 30-11-2016

https://www.nuh.az/8803-.html

“NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİ MƏCBURİ KÖÇKÜNLƏRİN YANMIŞ BİNADA ÖLÜMÜNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR” FOTO,VİDEO

30.11.2016 11:48:27

Cəmiyyət

Bu il noyabrın 29-da Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

 

 

 

 

                                                                                   1322ed7581c4 

 

FHN-nin  saytı  xəbər verir ki, yanğının  kəşfiyyatı zamanı  1983-cü il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları – 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının, sahəsi 97 m2 olan zirzəmisində 4 ailə necə yaşaya bilərdi?

Biz bu suala cavab almaq üçün Nizami rayon icra hakimiyyətinə müraciət etdik. Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov bizə bildirdi ki, ölənlər məcburi köçkün idilər.

“Sizin ərazidə Sovetlər dövründən tikintisi yarımçıq qalmış insanların yaşadığı bina var. Nizami rayon icra hakimiyyəti tikintisi yarımçıq qalmış binada insanların yaşamasına necə imkan verib?”, – jurnalistimiz soruşdu.

“Qaçqınlar Bakıya gəlməyə başlayanda, kim harda  bacardı məskunlaşıblar”, – deyə Bəhmən Hüseynov cavab verdi.

 

                                                                        407bf74f4605  

 

"Məgər  Nizami  rayon  icra hakimiyyətini qaçqınların yerləşdiyi evlərin yanğın təhlükəsizliyi məsələsi maraqlandırmır?”, – deyə Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytının müxbiri soruşdu.“Mən bu barədə heç nə deyə bilmərəm. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Nizami şöbəsinə zəng edin”, – şöbə müdirinin müavini məsləhət görüb.

“Yanan bina Elşən Süleymanov küçəsində yerləşir. Bu evin ünvanı yoxdur. Binanın tikintisi həqiqətən də tamamlanmayıb”,- deyə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Nizami şöbəsinin müdiri Rafiq Kazımov Kavkaznews.az-a bildirib.

“Əgər binanın tikintisi tamamlanmayıbsa, bu, o demək deyil ki, heç kim binanın yanğın təhlükəsizliyinə təminat vermir?” – jurnalistimiz soruşdu. “Hansı yanğın təhlükəsizliyi? Siz nə danışırsınz? Bu ev əsl xarabalıqdır”, – deyə Rafiq Kazımov cavab verdi.

 

 

ee5e9e30d001db03636577757b83e26e   

 

Milli Məclisin sabiq deputatı, “Ümid” partiyasının lideri İqbal Ağazadə  Kavkaznews.az-a bildirib ki, Azərbaycanda məcburi köçkünlərin və qaçqınların axını ən son 1993-cü ilin oktyabrın 31-də başlayıb.

“O vaxtdan 23 il keçib. Bu vaxt ərzində səlahiyyətli dövlət orqanları və yerli icra hakimiyyəti orqanları qaçqınların və məcburi köçkünlərin yaşam təhlükəsizliyinin təmin edilməsi üzrə işlər keçirməli idi”,- sabiq deputat Kavkaznews.az-a deyib.

Deputat qeyd edib ki, əgər qaçqınların yaşam təhlükəsizliyi təmin olunmayıbsa, onların ölümünə görə məsuliyyət Nizami rayon icra hakimiyyəti orqanlarının üzərinə düşür.

 

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib