Dərc edilib: 01-12-2016

https://www.nuh.az/8816-.html

Arif Alışanovun yeni “icadı" - AzTV-də dövlət dili hansıdır?/ FOTOFAKT

01.12.2016 14:28:04

Cəmiyyət

Azərbaycanın dövlət televiziyasının rəsmi internet səhifəsində ana dilimizə təhqiramiz, sayqısız münasibət sərgilənir.

 

BakiPost.az xəbər verir ki, fəaliyyəti və idarəçiliyi tez-tez tənqidə məruz qalan qurumun sədri Arif Alışanov deyəsən, özünə yeni dövlət dili müəyyənləşdirib.

 

 

Aşağıdakı şəkildən də göründüyü kimi, AZTV-nin rəsmi internet ünvanında istifadə olunan dillər arasında "Azəri” dili (!) də var. Bu, hansı dildir, bu dildə AZTV saytı niyə yayımlanır? Bəlkə də, televiziya rəhbərliyi bunu Azərbaycan sözünün dil plagini hesab edir. Amma məlumdur ki, saytlarda dilimizin plagini kimi "AZ” qəbul edilib.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib