Dərc edilib: 01-12-2016

https://www.nuh.az/8819-.html

“Onlar dövlətə xəyanət ediblər” - Ramiz Mehdiyev/ MƏQALƏ

01.12.2016 20:32:27

Siyasət

Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində” adlı məqalə yazıb.
 
AzərTac-in  məlumatına görə, yazıda bildirilir ki, 2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi dəyişiklik olmayıb. Ramiz Mehdiyevin sözlərinə görə, istər iki ölkənin prezidentlərinin görüşləri, istərsə
də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr
verməyib.
 
"Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kəs təminat verə bilməz ki, Dağlıq Qarabağda atəşkəs rejimi yaxın gələcəkdə ədalətli sülhlə başa çatacaq. Ona görə ki, əslində müharibə nə cəbhədə dayandırılıb (işğal edilmiş ərazilər indiyə qədər işğaldan azad olunmayıb), nə diplomatik, nə də media məkanında başa çatıb. Dağlıq Qarabağ münaqişəsi həm biznes sahəsi, həm də siyasət – çirkli biznes və məkrli siyasət qurmaq imkanı kimi kimlər üçünsə sərfəlidir", - deyə məqalədə qeyd olunub.
 
Sözügedən məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz:
 
   NUH.az
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib