Dərc edilib: 02-12-2016

https://www.nuh.az/8826-.html

Azərbaycanda bələdiyyə sədri həbs edildi

02.12.2016 12:39:14

LIVE

Bakının Abşeron rayonunun Məhəmmədli kəndinin bələdiyyə sədri Vaqif Nəbiyev həbs edilib.

 

Moderator.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurması olub.

 

BakiPost.az-ın araşdırması nəticəsində məlum olub ki, Vaqif Nəbiyev 3 ay əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Bu müddətdə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi onun əməllərindəki qanun pozuntusu ilə bağlı araşdırma aparıb. Bir neçə gün əvvəl isə həbsi ilə bağlı qərar çıxarılıb.

 

Bələdiyyə sədri ilə bağlı tədqiqatın davam etdirildiyini bildirilir.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib