Dərc edilib: 02-12-2016

https://www.nuh.az/8828-.html

“Aztelekom”a yeni rəhbər təyin edildi

02.12.2016 13:10:01

Cəmiyyət

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Aztelekom” MMC-yə yeni baş direktor təyin edib.


Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazirin əmri ilə Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, bundan əvvəl “Aztelekom”un baş direktoru “Rabitə işi” ilə bağlı hazırda həbsdə olan Məhəmməd Məmmədov olub.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib