Dərc edilib: 05-12-2016

https://www.nuh.az/8843-.html

Fətullayev, qələminə hörmət qoy…

05.12.2016 18:46:00

Cəmiyyət

 

 Baş  redaktor niyə tələsir..?

 

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov  15 noyabr  2015- ci ildə həbs olunan gündən başlayaraq haqqin.az  saytının rəhbəri Eynulla Fətullayev onun barəsində heç bir  ölçüyə sığmayan  fikirlər paylaşır.

Öncə onu qeyd edək  ki, bizim kiməsə vəkillik etmək fikrimiz yoxdur və hər kəs  törətdiyi cinayətə görə cəzasını almalıdır. Eyni zamanda  nə Eynulla Fətullayevin, nə də  Akif Çovdarovun personası ilə şəxsi problemimiz  yoxdur.

Ancaq hələ barəsində məhkəmə qərarı olmayan şəxs haqqında cinayətkar demək, onu ölümə çağırmaq heç bir məntiqə və insanlığa sığan məsələ deyil. 

 

Eynulla Fətullayev  həbsxanada olan Akif Çovdarova çağırış edərək deyir: “ Kişi ol…başına bir güllə vur..özünü öldür…canın qurtarsın”.

 

Axı, Eynulla Fətullayev sıradan biri deyil ki, ağzından çıxanın mənasını bilməsin.

O, kifayət qədər tanınmış şəxsdir, bir neçə media qurumunun rəhbəridir və ən əsası hüquq anlayışından az-çox xəbəri var.

Axı, başqasını ölümə, intihara, sui-qəsdə səsləmək, özü də təkidli şəkildə özünə qəsdə çağırmaq cinayət sayıla bilər.

Amma ən əsası hələ bu şəxsin barəsində məhkəmə qərarı yoxdursa, onu necə cinayətkar elan etmək olar. Axı, bunları cənab Fətullayev bilməmiş deyil.

Əlbəttə kim cinayət törədibsə, titullarından, rütbəsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Amma bunu Fətullayevin elan etməsi mətbuatda çap etdirməsi, sosial şəbəkədə dönə-dönə paylaşması yol verilməzdir.

Digər tərəfədən kimisə, hətta cinayətkar olsa belə, ölümə təhrik etmək ən azı insanlıqdan uzaq haldır.

Fətulalyev gözəl bilir ki, sivil dünya ölüm hökmünü çoxdan ləğv edib.

Amma maraqlıdır ki, Eynulla Fətullayev görəsən Akif Çovdarovun ölümündə niyə bu qədər maraqlıdır..? Məqsəd nədir..? Bəlkə bizim bilmədiyimiz hallar var..?

Bu qısasçılıqdırmı, yoxsa başqa məsələ..?

Bizcə, Eynulla Fətullayev Çovdarovun ölümü ilə böyük bir səhifənin tələm-tələsik qapadılmasında maraqlıdır.

Stalin həmişə deyirmiş ki: “Ölüm – bütün problemlərin həllidir, insan yoxdursa, problem də yoxdur”

Hiss olunur ki,  Eynulla Fətullayev  keçmiş MTN genaralının  sağ  qalmasından çox təlaş keçirir.

Fətullayevin  Çovdarovun oğluna müraciətlə dedikləri isə, ümumiyyətlə, ürəkbulandırıcıdır.

Cənab baş redaktor  sonuncu müsahibəsində  Çovdarova məsləhət bilir ki, mundirinə  hörmət qoysun.

Eyni məntiqlə Fətullayevə də məsləhət görmək olar ki, sən də öz qələminə hörmət qoy. 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib