Dərc edilib: 05-12-2016

https://www.nuh.az/8845-.html

Prezident sərəncam imzaladı

05.12.2016 18:57:17

Siyasət

Prezident İlham Əliyev Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən,  Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib