Dərc edilib: 05-12-2016

https://www.nuh.az/8846-.html

Binəli Yıldırım Rusiyaya gedir - Putinlə görüşəcək

05.12.2016 19:06:15

Region

Türkiyə baş naziri Binəli Yıldırım dekabrın 6-da Rusiyaya rəsmi səfər edəcək.


Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Binəli Yıldırımı qəbul edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkə arasındakı siyasi, ticari və iqtisadi əlaqələr müzakirə olunacaq.

Türkiyə baş naziri səfər çərçivəsində həmçinin, rusiyalı həmkarı Dmitri Medvedev və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib