Dərc edilib: 06-12-2016

https://www.nuh.az/8847-.html

Qubaya 20 sm qar yağıb

06.12.2016 10:50:26

Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 05-i gündüzdən dekabrın 06-sı səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında açıqlama yayıb.

 

Qurumdan Qaynarinfo.Az-a daxil olan açıqlamada bildirilir ki, dekabrın 05-i günün ikinci yarısından 06-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 sm olub.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib