Ancaq Müdafiə Nazirliyi ilə bağlı məsələdə deyəsən, daş divara dəyib.  Səfər Əbiyevdən sonra müdafiə naziri postunu tutan Zakir Həsənov tender məsələsinə girə bilmir. Səbəb isə nazirliyin tenderlərinin “qalibinin” bir qayda olaraq Baş nazirin birinci müavini Yaqub Eyyubova yaxın şirkətlər olmasıdır. Nazirlikdəki mənbənin saytımıza verdiyi bilgiyə görə, Zakir Həsənovun tenderləri özünə yaxın şirkətlərə vermək istəyi baş tutmur. Məhz buna görə də hər iki şəxs arasında ciddi konflikt yaranıb.
Məlumatda qeyd olunur ki, nazirliyin tenderləri yüz milyonlarla vəsait deməkdir. Burada ordunun ərzağı, geyimi və digər təminatı kimi məsələlər durur.\gununsesi.info\
  NUH.az