Dərc edilib: 06-12-2016

https://www.nuh.az/8859-.html

Prezident Rusiyanın daxili işlər nazirini qəbul edib

06.12.2016 18:32:15

Siyasət

Prezident İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

 

AzVision.az-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları, daxili işlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub. Səfər zamanı Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulanıb, əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.

Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib