Dərc edilib: 07-12-2016

https://www.nuh.az/8861-.html

Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

07.12.2016 12:36:16

Cəmiyyət

Səbail rayonunda Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.


Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tədbir rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında keçirilib.

Tədbirdə H. Əliyev haqda film nümayiş olunub.

Tədbirdə tanınmış incəsənət xadimləri xalq artisti Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış edib, İlham Nəzərovun ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı ilə bitib.

 

  NUH.az

 

 

Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi
Səbaildə Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

NUH informasiya agentliyi səhifəsindən çap edilib