Şəkidə konfrans keçirilib
NUH.az-a daxil olan məlumata görə, Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə "Gələcəyimizi narkotiklərdən qoruyaq, narkomaniyaya yox deyək!" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə tərbiyə işləri üzrə direktor müzvini Ç.İsmayılov açmış, liseyin psixoloqu R.Məmmədovanın məruzəsi dinlənilmişdir. Məruzə ətrafında müzakirələrdə liseyin şagirdlərindən F.Firudinli, S.Məmmədli, C.Əzizov, K.Süleymanzadə, Şəhər Gənclər və İdman İdarəsinin rəisi V.İsgəndərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Şəki regional şöbəsinin rəhbəri G.Paşayev, Şəhər Təhsil Şöbəsi müdirinin müavini E.Abdullayev, Şəhər(rayon )Polis şöbəsinin əməkdaşı S.Səlimov və başqaları çıxış etmişlər. Məruzə və çıxışlarda bəşəriyyətin qorxulu bəlası olan narkotiklərin - "ağ ölüm" ün insan orqanizminə məhvedici təsiri,onun törətdiyi sosial bəlalar,narkotik və psixotrop maddələrin yayılmasının qarşısını almaq üçün vətəndaşların aktiv fəaliyyət göstərməsinin zəruriliyi,yeniyetmə və gənclərdə antinarkotik dünyagörüşünün formalaşdırılmasının vacibliyi barədə geniş və hərətrəfli danışılmış,məktəblilərin bu bəladan uzaq olmaları üçün lazımi tövsiyə və məsləhətlər verilmişdir. Mövzuya dair nümayiş etdirilən videoçarxlar və slaydlar da iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.Konfransın işinə liseyin direktoru F.Məmmədovun çıxışı ilə yekun vurulmuşdur.
NUH.az