Dərc edilib: 09-12-2016

https://www.nuh.az/8888-.html

Deputat Asim Mollazadə erməni dilini öyrənib

09.12.2016 16:09:14

Siyasət

“Dağlıq Qarabağ müharibəsi başlayandan mütəmadi olaraq erməni dilini öyrənirəm. Artıq erməni dilində xəbərləri, məlumatları sərbəst oxuya və anlaya bilirəm”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat özünün erməni dilini öyrənməyinin haradan qaynaqlandığını da açıqlayıb:

“Onların ümumi düşüncələri ilə müəyyən qədər tanış olmaq üçün buna bir ehtiyac hiss etdim”.

A.Mollazadə deyib ki, indi beynəlxalq tədbirlərdə ermənilərin öz aralarından danışdıqlarını da başa düşür:

“Beynəlxalq tədbirlərdə ingilis dilində danışsaq da, ermənilərin öz aralarında öz dillərində nələrdən danışdıqlarını anlayıram”.

Asim Mollazadə qeyd edib ki, erməni dilini öyrənmək və bilmək çox vacibdir:

“Biz Ermənistanda ictimai-siyasi prosesləri yaxından izləməli və durumun hansı formada olmasını hər zaman bilməliyik. Ən azı bu ölkənin mediasını kontent analizdən keçirməyi bacarmalıyıq”.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib