Dərc edilib: 13-12-2016

https://www.nuh.az/8912-.html

Netanyahu Bakıdadır

13.12.2016 14:02:17

Dünya

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycana işgüzar səfərə gəlib.
BakiPost.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib